Konqoda silahlı hücumda 11 nəfər öldürülübbackend

Konqoda silahlı hücumda 11 nəfər öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının İturi əyalətində baş verən hücum nəticəsində 11 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, bu barədə “7Sur7” portalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, hücum şənbədən bazara keçən gecə baş verib.

“İlkin məlumata görə, hücumçuların əli ilə 11 mülki şəxs həlak olub, 10 nəfər yaralanıb. Onlar Kokonyanq kəndində öldürülüb”, – Baboa-Bakoe rayonunun rəhbəri Cona Lemi Zorabo deyib.

Onun fikrincə, kəndə hücumun arxasında “Konqonun İnkişafı Naminə Birlik” (CODECO) qrupunun üzvləri və onların müttəfiqləri, o cümlədən “Konqo Vətənpərvər İnteqrasiya Cəbhəsi”nın (FPIC) silahlıları dayanır. Onlar Konqo silahlı qüvvələrinin olmamasından istifadə ediblər.