Konqoda torpaq sürüşməsi nəticəsində azı 20 nəfər öldübackend

Konqoda torpaq sürüşməsi nəticəsində azı 20 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Cənubi-Kivu əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 20 nəfər həyatını itirib.

NOCOMMENT.az ölkə mətbuatına istinadla xəbər verir ki, Kalinqi kəndinə son 3 gündə yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.

170-ə yaxın evə ziyan dəyib. İndiyədək daşqın nəticəsində ən azı 20 nəfər ölüb.

Xatırladaq ki, 2023-cü ilin may ayında güclü yağışlar səbəbiylə eyni bölgədə sel yaşandı. Təbii fəlakət nəticəsində 425 nəfər həyatını itirdi.