Konqonun şərqində üsyançılarla döyüşlərdə 10-dan çox sülhməramlı və əsgər həlak olubbackend

Konqonun şərqində üsyançılarla döyüşlərdə 10-dan çox sülhməramlı və əsgər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqonun şərqində M23 üsyançıları ilə döyüşlərdə azı 13 sülhməramlı və əcnəbi əsgər həlak olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

“Son həftələrdə M23 hərəkatı əhəmiyyətli ərazi uğurları əldə edib və təhlükəsizlik və humanitar fəaliyyətlərin regional mərkəzi olan, təxminən 2 milyon əhalisi olan şərq şəhəri Qomanı mühasirəyə alıb”, – agentlik qeyd edib.

Bildirilib ki, BMT Təhlükəsizlik Şurası Konqonun müraciəti əsasında zorakılığın artması ilə bağlı təcili iclası bazar günü səhərə (Bakı vaxtı ilə saat 11:00-a) keçirib, iclas əvvəlcə bazar ertəsi üçün planlaşdırılmışdı.

Daha əvvəl Konqo ordusu BMT qüvvələri və SAMIDRC kimi tanınan Cənubi Afrika İnkişaf Birliyi Missiyasının əsgərləri də daxil olmaqla müttəfiq qüvvələrin köməyi ilə M23-ün Qomaya hücumunun dəf edildiyini bildirmişdi.

Konqo, ABŞ və BMT ekspertləri on ildən artıqdır Konqo ordusundan ayrılan və əsasən tutsi etnik qrupundan ibarət olan M23 hərəkatını dəstəkləməkdə Ruandanı ittiham edirlər.