Konqres ABŞ administrasiyasını Ukraynaya pul ayırmağı dayandırmağa çağırıbbackend

Konqres ABŞ administrasiyasını Ukraynaya pul ayırmağı dayandırmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Konqresmen Mardjori Teylor Qrin X sosial şəbəkəsində  ABŞ administrasiyasını Ukraynanı maliyyələşdirməyi dayandırmağa və diqqəti daxili problemlərə yönəltməyə çağırıb.

“Ukrayna üçün daha pul yoxdur!” – o bildirib.

Bir müddət əvvəl Britaniyanın “UnHerd” nəşrinin jurnalisti və köşə yazarı Tomas Faci bildirmişdi ki, Ukraynanın müttəfiqləri Ukraynaya yardımdan getdikcə daha çox imtina etməyə başlayıblar.

Bundan əvvəl CNN jurnalisti Stiven Kollinson bildirmişdi ki, Ukrayna ona hərbi və maliyyə yardımı göstərən əsas Qərb tərəfdaşlarından bir sıra gözlənilməz zərbələr alıb.