Konsulluğumuzun atəşə tutulması ilə bağlı AÇIQLAMAbackend

Konsulluğumuzun atəşə tutulması ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyirik.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Hüquq-mühafizə orqanları artıq zəruri istintaq hərəkətlərinə başlayıblar. Təqsirkarlar tapılmalı və məsuliyyətə cəlb olunmalıdırlar.

Xatırladaq ki, noyabrın 6-dan 7-sinə keçən gecə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasına silahlı hücum edilib. Gecə saat 02.30 radələrində Fəxri Konsulluğun Yaroslav Mudrı küçəsi, 7 ünvanında yerləşən ofisinə 6 güllə atılıb. Güllələr binanın pəncərəsinə və qapısına dəyib. Videokameraya düşmüş kadrlardan görünür ki, hadisə iki gənc tərəfindən törədilib. Fakt üzrə cinayət işi qaldırılıb, polis təhqiqat aparır.