“Kontakt Home” fəhlə müştərisini həbs etdirdibackend

“Kontakt Home” fəhlə müştərisini həbs etdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABC-Telecom” MMC-yə (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) borcu olan şəxs həbs edilib. 

NOCOMMENT.az-ın məlumatına görə, 1982-ci il təvəllüdlü Göyçay rayonun Alxasava kəndində anadan olan G.F “Kontakt Home” mağazalar şəbəkəsindən məhsul alıb.

Müştərinin “ABC Telecom” MMC-yə 1897 manat borcu yaranıb.

“ABC Telecom” MMC sözügedən borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmədə G.F günəmuzd fəhlə işlədiyini, aylıq qazancı 400 manat civarında olduğunu və maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini deyib.

Məhkəmənin qərarı ilə, G.F İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 8 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilib.\\Valyuta.az