“Kontakt Home” mağazasında müştəriyə bildirilmədən əlavə ödənişlər daxil edilibbackend

“Kontakt Home” mağazasında müştəriyə bildirilmədən əlavə ödənişlər daxil edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə yayılan məlumatda müştərinin “Kontakt Home” mağazasından aldığı Samsung A26 telefonla bağlı narazılığı əks olunub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müştərinin tanışı telefon alarkən yalnız “qızıl zəmanət” paketinə razılıq verib. Lakin evə qayıtdıqdan sonra əlavə xidmətlər və ödənişlərin daxil olduğunu görüb. Satıcılar bildiriblər ki, müştəri müqavilə imzalayıb, lakin müştərinin tanışı müqavilədə əlavə xidmətlərdən xəbərsiz olub və diqqət etməyib.

Şirkət yalnız “qızıl zəmanət” paketini ləğv edib, digər xidmətlər isə paketin tərkibində olduğu üçün silinə bilməyəcəyini bildirib. Müştəri 630 manatlıq telefona gəlib çıxan əlavə ödənişlərdən narazıdır və bunun müştəriyə əvvəlcədən bildirilməməsini tənqid edir.

Müştəri əsas sual kimi bildirir ki, telefon 3-4 gün əvvəl alınıb, onu geri qaytarmaq və ya əlavə paketləri ləğv etdirmək mümkündürmü?

Qeyd edək ki, “ABC-Telecom” MMC “Kontakt Home” ticarət nişanı altında fəaliyyət göstərir. Şirkət 2006-cı ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10.000 AZN-dir. Hazırda MMC-nin qanuni təmsilçisi Həsən İsrafilzadə Fazil oğludur.

Xatırladaq ki, “ABC-Telecom” MMC-yə 2020-ci ilə qədər sabiq millət vəkili Elnur Allahverdiyev rəhbərlik edib və mətbuatda şirkətin sahiblərindən biri kimi göstərilib.

Sosial şəbəkələrdə yayılan bu şikayət müştəriləri belə hallarda diqqətli olmağa çağırır.