Könül Xasıyeva lazım olan pulun 150 minini toplayıbbackend

Könül Xasıyeva lazım olan pulun 150 minini toplayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Könül Xasıyeva əməliyyat üçün lazım olan məbləğin bir hissəsini toplayıb.

NOCOMMENT.az axşam-a istinadla xəbər verir ki, xanəndə müalicəsi üçün 254 min manat lazım olduğunu açıqlayıb. Bunun üçün Xasıyeva sənət adamlarına müraciət ünvanlayıb.

O, 50 min manat yardım edildiyini açıqlayıb. Muğam ifaçısı bildirib ki, ümumilikdə, 150 min toplaya bilib:

“İnanıram ki, yenə də ən yaxın dostlarımın dəstəyi sayəsində bu səsimə qovuşacağam. Bir xanım 30 min manat, Rusiyada yaşayan bir bəy isə 20 min manat bağışladı”.

İfaçı əlavə edib ki, əməliyyatı üçün 100 min manat qalıb.

Qeyd edək ki, K.Xasıyeva bir xanım rəfiqəsinin ona 100 min bağışladığını demişdi. O, eyni zamanda Əməkdar artist Yusif Mustafayevin 1000 dollar göndərdiyini açıqlayıb.

Xatırladaq ki, muğam ifaçısının mülaicəsi Almaniyada olacaq.