Kor Hüseynə sillə vurdu, sonra da… – İstanbuldakı kriminal razborkanın TƏFƏRRÜATIbackend

Kor Hüseynə sillə vurdu, sonra da… – İstanbuldakı kriminal razborkanın TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Başakşehir rayonunda martın 31-də axşam saatlarında baş vermiş və biri Azərbaycan vətəndaşı olmaqla iki nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən kriminal “razborka”nın yeni təfərrüatları üzə çıxıb. Restoranda baş tutan “razborka” zamanı tərəflərdən birini kriminal dairələrdə “Kor Hüseyn” kimi tanınan çeçen “vor zakon” Hüseyn Əhmədov təmsil edirdi. O, borc məsələsini “ayrıd etmək” üçün gürcü qruplaşmasının dəvəti ilə restoranda idi. Atışma isə qarşı tərəfdən olan bir çeçenin “Kor Hüseyn”ə sillə vurmasından sonra başlayıb.

NOCOMMENT virtualaz.org-a istinadən xəbər verir ki, bu “razborka”nın 2 milyon TL məbləğində borc məsələsinə görə baş verdiyi bildirilir. Borc daşınmaz əmlakın alqı-satqısı zamanı yaranıb. “Kavkaz.Realii” saytı bildirir ki, tərəflər bir gün əvvəl borc məsələsinə görə telefonda mübahisə ediblər. Onlar söhbəti ertəsi gün restoranda davam etdirməyi qərara alıblar.

Söhbət zamanı necə olubsa Abdul-Malik adlı çeçen “Kor Hüseyn”ə sillə vurub. Kriminal avtoritet dərhal tapançanı çəkib və Abdul-Malikin başından vurub. Qarşı tərəfdən də silahlar işə düşüb və “Kor Hüseyn”in tərəfində olan bir Azərbaycan vətəndaşı da hadisə yerində canını tapşırıb. Biri restoranın sahibi olmaqla 2 nəfər yaralanıb.

“Kor Hüseyn” 2018-ci ilin avqustunda İstanbulda güllələnmiş azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin (Rövşən Canıyev) qruplaşmasına daxil idi və onun sağ əli hesab olunurdu. Lənkəranskinin ölümündən sonra qruplaşmanın ümumi kassasına (“obşak”) məhz “Kor Hüseyn”in nəzarət etdiyi, Canıyevin kriminal imperiyasına onun başçılıq etmək iddiasında olduğu bildirilirdi.

O vaxt “Rosbalt” yazırdı ki, “Kor Hüseyn” bütün “razborka”larda mütləq şəkildə Canıyevi müşayiət edib. O, kimin Lənkəranskiyə nə qədər ödədiyini, nə qədər borclu olduğunu qəpiyinəcən bilir. Bir sözlə, onun əlində geniş siyahı var. Bu siyahıda adları olanlar isə Hüseyndən can qurtarmağa, eləcə də mirasın öz aralarında bölüşdürülməsinə çalışırlar.

Bu baxımdan istisna deyil ki, İstanbuldakı “razborka” da “Rövşən Lənkəranski”nin hansısa obyektinin satışından əldə edilmiş pulun bölüşdürülməsinə görə baş verib.

Tatarıstanlı bloger Andrey Alistarov isə İstanbuldakı bu “razborkada” Naberejnı Çelnıdan olan biznesmen Erik Qafarovun adamlarının da iştirak etdiyi iddiasını irəli sürüb. Bloger bildirir ki, atışmadan bir gün əvvəl “hansısa kriminal avtoritetlərin və ya sadəcə olaraq uşaqların” Qafarovla, yaxud onun ətrafından kiminləsə görüşmək istədiyinə dair məlumat almışdı. Hadisə yerindən yayılan videokadrlardan isə bloger biznesmenin adamlarına oxşatdığı iki adamı gördüyünü bildirir.

Erik Qafarov Tatarıstanda maliyyə piramidası qurub və əmanətçiləri aldadıb. Hüquq-mühafizə orqanları onun barəsində cinayət işi qaldıranda ölkədən qaçıb və hazırda İstanbuldadır.

Bu arada atışmada öldürülən Azərbaycan vətəndaşının kimliyi barədə məlumat yayılıb. Türkiyə mənbələri həmin şəxsin Rəhim Rəhimli olduğunu bildirir.