Almaniya hökumətinin nümayəndəsi Ştefan Kornelius bildirib ki, hazırda Ukraynanın NATO-ya üzvlüyü məsələsində konsensus mövcud deyil.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bundan əvvəl isə Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Sergey Muratov “Gazeta.Ru”ya açıqlamasında, qarşıdakı NATO sammiti fonunda, alyansa üzv ölkələr arasında hansı məsələnin prioritet hesab edilməsi ilə bağlı ortaq mövqe olmadığını qeyd edib. Muratovun fikrincə, ABŞ diqqətini açıq şəkildə Yaxın Şərqə yönəldib, Avropa isə hələlik Ukrayna mövzusunu buraxmaq istəmir, lakin buna məcbur qalacaqlar.