Korona-böhranla mübarizə üçün yeni maliyyə mənbələri axtarılırbackend

Korona-böhranla mübarizə üçün yeni maliyyə mənbələri axtarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Rusiya və Qazaxıstan kimi “təhlükəsizlik yastığı” olan dövlətlərdən başqa, bütün digər region ölkələri xarici dövlət borcunu artırmaq və büdcə kəsirinə yenidən baxmaq hesabına 2020-ci ilin dövlət büdcəsini balanslaşdırmağa cəhd edirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, xarici borc hesabına böhranla mübarizə bahalıdır. Azərbaycan isə region ölkələrindən fərqli olaraq korona-böhranla mübarizə çərçivəsində nə xarici borclanmaya, nə də devalvasiyaya getmədi, yalnız öz ehtiyatlarına arxalandı.

Mövcud büdcə qanunvericiliyi çərçivəsində büdcə xərclərinin prioritetliyi yenidən qiymətləndirilərək bir sıra xərclərin ixtisarı və təyinatının dəyişdirilməsi, həmçinin Prezidentin ehtiyat fondunun və digər ehtiyat mənbələri hesabına korona-böhranla mübarizəyə 1 milyard 350 milyon manat məbləğində vəsait ayrılıb. Bununla yanaşı, maliyyə yükü 2,5 milyard manatı aşan korona-böhranla mübarizə büdcəsinin təmin edilməsi üçün investisiya və cari xərclərin səmərəliliyini daha da artırmaq, həmçinin yeni maliyyə mənbələrinin tapılması gözlənilir.