Koronadan ölüm sayı buna görə artır – Həkimdən ŞOK ETİRAFbackend

Koronadan ölüm sayı buna görə artır – Həkimdən ŞOK ETİRAF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiyədək dünyada COVİD-19 infeksiyasına 139 milyon 722 mindən çox yoluxma halı qeydə alınıb. ABŞ isə koronavirusa yoluxanların sayına görə dünyada ilk sırada qərarlaşıb – 32 milyon 224 min nəfər. İlk beşliyə daxil olan Hindistanda 14 milyon 291, Braziliyada 13 milyon 758 min, Fransada 5 milyon 187 min, Rusiyada isə 4 milyon 675 min nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.

Azərbaycanda da virusdan ölənlərin sayında artım var. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib. Ölkəmizdə koronavirus infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.Bu günlərdə vaksinasinasiya prossesi davam etdirilir.

Bəs görəsən, havaların isinməsi, evlərin, iş yerlərinin tez-tez havalandırılması yoluxmaların azalmasına səbəb olmurmu? Davam edən yüksək yoluxma dinamikasında enmə nə vaxt başlayacaq? Bu yay COVID-19-un yeni mutasiyaları gözlənilirmi?

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov mövzu ilə bağlı Musavat.com-a danışıb:

“Hələ yay indi başlayır. Yəqin ki, yaxın vaxtlarda dəyişiklik olacaq. Havalar isinəndə istər-istəməz virusa öz təsirini göstərəcək. Amma yoluxma sayı o zaman aşağı enəcək ki, düzgün müalicə aparılacaq. Ölüm sayının çox olmasına səbəb də bununla bağlıdır. Bioloq, terapevt, qeyri-ixtisas həkimləri bu işlə məşğul olurlar. Ona görə ağırlaşmalar artır, ölüm sayları çoxalır. Hər adamı televiziyaya çıxarırlar. Tibb bacısı xəstə müalicə edəndə əlbəttə belə olacaq. Protokola baxırlar, edirlər. Poliklinikalarda işləmək sərf etmir onlara. Gedib hər xəstəyə 50 manatdan sistem qoşurlar. Xəstələr peşəkarların əlinə düşsə belə olmaz. Poliklinikalar da çağırışa vaxtında gəlmir. Vaxtında analiz götürülmür, 2-3 gündə virus yuxarı tənəffüs yollarının selikli qişasında qalır, sonra da qana keçir”.

İ.Bayramov onu da əlavə edib ki, yeni mutasiyanın olması barədə əvvəldən demək olmaz:

“Onu əvvəldən demək olsaydı, xəstəlik də bitmişdi indiyə qədər. Hərə bir söz deyir, bunlar yalnız fərziyələrdi. Yalnız bunu deyə bilərəm, vaksinasiya 70-80 faiz əhaliyə vurulsa, hamının bu xəstəlikdən canı qurtarar. Yoluxanlar da xəstəliyi klinik, az simptomatikayla keçirərdilər”.

İnfeksionist onu da əlavə edib ki, vaksindən sonra yoluxan olub. Amma xəstəliyi yüngül keçiriblər. O ki qaldı, kiminsə vaksindən sonra ağır keçirməsinə, bu insanların fobiyası ilə bağlı məsələdir:

“Vaksindən qabaq da qorxurdular. Həssas adamlardı, nevrozlu xəstələrdi, şikayət edirlər. Mən özüm də vaksin olundum, heç bir yan təsiri olmadı. Düzdür, ürək-damar sistemi, açıq əməliyyat olanlar, stenti olanlar, şəkəri yüksək olanlar, nevroloji problemi olanlara ehtiyatlı olmaq lazımdır. Amma digərlərinə heç bir qorxusu yoxdur. Hər kəs vaksin olunmalıdır. Ümidverici yerimiz yalnız vaksinasiyayadır”.