Koronadan ölüm sayı niyə sürətlə artır? – Professorbackend

Koronadan ölüm sayı niyə sürətlə artır? – Professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərin statistikasında koronavirusdan ölüm sayının artması Britaniya ştammının letallıq göstəricilərinin yüksək olmasını göstərir.

NOCOMMENT xəbər verir ki, bunu axar.az-a açıqlamasında professor Adil Qeybulla deyib.

O bildirib ki, yeni ştammın uşaqlar və yeniyetmələr arasında özünü daha çox büruzə verməsi və ölüm hallarının artması ölkədə epidemioloji vəziyyətin pisləşməsinə işarədir: “Bu ştammın yoluxuculuq qabiliyyəti də xeyli artıb. Əslində virusun mutasiyaya uğrayaraq hansı yeni xassələr qazanmasını əvvəldən proznozlaşdırmaq çətin olur. Məntiqi baxımından isə virus mutasiya uğrayaraq zəifləməlidir.

Amma indi bu prosesi müşahidə etmirik. Təkcə Britaniya ştamı deyil, mutasiyaya uğrayan xeyli ştamlar var. Təəssüf ki, bütün ölkələrdə genetik səviyyədə təhlillər aparılmır”.