Koronavirus Allahın cəzasıdır – Lukaşenkobackend

Koronavirus Allahın cəzasıdır – Lukaşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus pandemiyası bəşəriyyətin təbiətə münasibətinə görə göndərilən bir cəzadır.

NOCOMMENT.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdəki “Horizont” müəssisəsinin işçi kollektivi ilə söhbət zamanı söyləyib.

“Mən yeni il müraciətimdə elektrikli avtomobillərdən bəhs etdim, amma əsas mesaj görünür ki, Allahın bizi koronavirusla cəzalandırmasıdır”, – deyə “BelTA” agentliyi dövlət başçısının sözlərindən sitat gətirir.

Onun fikrincə, bir insanın təbiətlə harmoniyası yoxdursa, o, qeyri-sağlam olacaq.

“Və bizim uşaqlarımız kasıb olacaq”, – deyə o əlavə edib.

Bundan əvvəl Lukaşenko pandemiyanın artıq tibbi deyil, geopolitik problemə çevrildiyini söyləmişdi.
Teleqraf