Koronavirus Araz Əlizadədən əl çəkmirbackend

Koronavirus Araz Əlizadədən əl çəkmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səhhətim yaxşıdır. Yavaş-yavaş hər şey yaxşılığa doğru gedir”.

NOCOMMENT xəbər verir ki, bu sözləri modern.az-a COVID-19 diaqnozu ilə karantin xəstəxanasında müalicə alan sabiq deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

O bildirib ki, koronovirusdan müalicəsi davam edir: “Hələ ki xəstəxanadayam. Həkimlərin dediyinə görə, bir həftəlik müalicəm qalıb. Proses bitəndən sonra ev karantininə buraxılacağam. Müalicənin nəticəsi müsbət oldu”.

Xatırladaq ki, iyul ayının 27-də A.Əlizadənin və həyat yoldaşının koronavirusa yoluxduğu barədə məlumatlar yayıldı. Sabiq deputatın “Yeni klinika”da müalicəsi davam etdirilir. A.Əlizadənin həyat yoldaşı isə sağalıb və evə buraxılıb.