Koronavirus daha sürətlə yayılır – RƏSMİbackend

Koronavirus daha sürətlə yayılır – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ayrı-ayrı ölkələrdə müşahidə edilən irəliləyişə baxmayaraq,ümumilikdə dünya miqyasında yeni növ koronavirus (COVİD19) pandemiyası daha sürətlə yayılmağa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinq zamanı bu fikirləri səsləndirib.

Onun sözlərinə görə bəzi ölkələr iqtisadiyyatı açarkən, sosial həyata qayıdarkən yoluxma hallarının artması ilə üzləşiblər. İnsanların əksəriyyəti virusa qarşı hələ də həssasdır. T.A.Qebreyesus bildirib ki, “Virus üçün xeyli meydan qalır. Məsələnin hələ də sona çatmaması ağır gerçəklikdir. Ayrı-ayrı ölkələrdə irəliləyiş əldə edilsə də, dünya miqyasında pandemiya daha sürətlə yayılır”.