Koronavirus ən çox bu sektora zərər vuracaq – İşsizlik yaranacaqbackend

Koronavirus ən çox bu sektora zərər vuracaq – İşsizlik yaranacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya ölkələri üzrə təqribən 195 milyon insanın iş saatları azaldılıb.

NOCOMMENT.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 2020-ci ilin ikinci rübündə pandemiya səbəbilə dünya ölkələri üzrə çalışanların iş saatlarının 6,7%-nin azalacağı gözlənilir. Pandemiyanın iqtisadiyyatda yaratdığı zərərlər səbəbilə müəssisələrdə iş saatlarının və əmək haqqların azaldılması nəticəsində bəzi insanların könüllü olaraq da işlərini tərk edəcəyi gözlənilir.

Beynəlxalq Əmək Təşkilatı (International Labour Organization) bəyan edir ki, ən çox zərərçəkən sahələrdən biri olan turizm sektorunda məşğulluq olacaq.

Hazırda qlobal ÜDM-in 10%-ni təşkil edən turizm sektoru pandemiyadan ən çox zərərçəkən sahələrdən biridir.

Ümumdünya Səyahət və Turizm Konsulluğunun (World Travel and Tourism Council) sözlərinə görə 2020-ci ildə turizm sektorunda 25% kiçilmə gözlənilir. Dünya üzrə turizm sektorunun gəlirlərinin 30-50 milyard dollar həcmində azalacağı təxmin edilir.

Eyni zamanda, Konsulluğun açıqlamasına görə pandemiya səbəbindən turizm sektorunda çalışan 50 milyona yaxın insan işsiz qala bilər. İşsiz qalan 50 milyon insanın 30 milyonunun Asiya, 7 milyonun Avropa, 5 milyonunun Amerika və qalanının isə digər qitələrin payına düşəcəyi təxmin edilir. Pandemiya bitdikdən sonra sektorun bərpa olunaraq normal səviyyəyə qayıtması 10 ay davam edə bilər.

Yaranmış işsizlik problemlərinin yetərincə ciddi olduğunu görmək mümkündür. Bu problemlərin aradan qaldırılması, yəni məşğulluğa dəymiş ziyanın bərpası mümkündürmü? Koronavirus pandemiyası səbəbilə yaranan işsizliyin bərpası əsasən iki məsələdən asılıdır:

• 2020-ci ilin ikinci yarısında dünya iqtisadiyyatının nə qədər tez bərpa olunacağı;
• Görülən tədbirlərin əməyin səmərəliliyi üçün nə qədər effektiv olacağı.