Koronavirus öz missiyasını yerinə yetirdi: Kütləvi VAKSİNLƏŞMƏYƏ start verildibackend

Koronavirus öz missiyasını yerinə yetirdi: Kütləvi VAKSİNLƏŞMƏYƏ start verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələri yüz milyonlarla doza koronavirus vaksini alacaq.

NOCOMMENT.az xəbər verir ki, Avropa Komissiyası “AstraZeneca” əczaçılıq şirkəti ilə 300 milyon doza koronavirus vaksininin satın alınması barədə ilk saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Qeyd olunur ki, vaksinin təhlükəsizliyi və səmərəliliyi təsdiq olunan kimi Avropa Komissiyası Aİ üzv ölkələri adından 300 milyon dozanın satın alınmasını razılaşdırıb. Sazişə əsasən, bu rəqəmdən əlavə daha 100 milyon doza satın alına bilər.

Koronavirusdan Sağalan

Bundan başqa, Böyük Britaniya “Johnson & Johnson” və “Novavax” şirkətləri ilə ümumilikdə 90 milyon doza vaksinin alınması barədə iki saziş imzalayıb.

Avropalı mütəxəssislər hesab edirlər ki, bəzi ölkələrdə vaksinləşmə könüllü olsa da, bir çox dünya ölkələrində koronavirus əleyhinə vaksinin vurulması stimullaşdırıcı xarekter daşıyaraq insanlar buna sövq ediləcək. Bu inzibati resurslarda daha çox tətbiq ediləcək. Virus əleyhinə peyvənd vurulan insanlar vaksindən imtina edənlərdən daha çox hüquqa və sərbəst hərəkətə malik olacaq. Lakin hesab edirik, dünya buna getməyəcək.

NOCOMMENT.az