Koronavirus peyvəndi ölümə səbəb ola bilərmi?backend

Koronavirus peyvəndi ölümə səbəb ola bilərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya və anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

“Vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil. Səbəblər ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər Sinovac vaksininin 3-cü klinik faza tədqiqatları zamanı ölüm halı müşahidə olunmayıb”, – məlumatda qeyd olunub.