Koronavirus statistikası: 3 nəfər öldübackend

Koronavirus statistikası: 3 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa 23 yeni yoluxma qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə NOCOMMENT.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 828 449 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 183 nəfər müalicə olunaraq sağalıb, 10 111 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.

Son gün ərzində 1 293, bu günədək 7 518 721 test aparılıb.