Koronavirus STATİSTİKASI: Aktiv xəstə sayı min nəfərə düşdübackend

Koronavirus STATİSTİKASI: Aktiv xəstə sayı min nəfərə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COViD-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 399 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 339 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 099 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 953, bu günə qədər isə ümumilikdə 3 661 027 test icra olunub.