Koronavirus STATİSTİKASI: Aktiv xəstələrin sayı 3 minə qədər artdıbackend

Koronavirus STATİSTİKASI: Aktiv xəstələrin sayı 3 minə qədər artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada 5 nəfər COVİD-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 235 333 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib. Hazırda 2 960 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 928, bu günə qədər isə ümumilikdə 2 618 808 test icra olunub.