Koronavirus STATİSTİKASI: Ölən olmadıbackend

Koronavirus STATİSTİKASI: Ölən olmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 82 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 826 249 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 723 nəfər müalicə olunaraq sağalıb, hazırda 518 nəfər aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 909, bu günə qədər isə ümumilikdə 7 427 596 test icra olunub.