Koronavirus STATİSTİKASI: Ölən var…backend

Koronavirus STATİSTİKASI: Ölən var…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 793 106 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 240 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib. Aktiv xəstə sayı 149 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 928, bu günə qədər isə ümumilikdə 6 949 748 test icra olunub.