Koronavirus STATİSTİKASI: Ölüm qeydə alınmadıbackend

Koronavirus STATİSTİKASI: Ölüm qeydə alınmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 191 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 189 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 162, bu günə qədər isə ümumilikdə 3 653 074 test icra olunub.