Koronavirus STATİSTİKASI: Ölüm sayı da azaldıbackend

Koronavirus STATİSTİKASI: Ölüm sayı da azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 820 513 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 210 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 401 nəfər aktiv xəstə var. Bu günə qədər 9 902 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 728, bu günə qədər isə ümumilikdə 7 231 342 test icra olunub.