Koronavirus STATİSTİKASI: Ölüm sayı da azaldıbackend

Koronavirus STATİSTİKASI: Ölüm sayı da azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COViD-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1 454 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 328 159 nəfər koronavirusa yoluxub. Onlardan 309 771 nəfər müalicə olunaraq sağalıb, 4 726 nəfər vəfat edib, aktiv xəstə sayı 13 612 nəfərdir.

Azərbaycanda son gün ərzində 7 155, hazırkı dövrədək isə 3 353 167 test aparılıb.