Koronavirus STATİSTİKASI: Ölüm sayı minimuma düşdübackend

Koronavirus STATİSTİKASI: Ölüm sayı minimuma düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 48 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 385 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 148 nəfər müalicə olunaraq sağalıb, hazırda 256 nəfər aktiv xəstə var. Bu günə qədər 9 981 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 840, bu günə qədər isə ümumilikdə 7 377 282 test icra olunub.