Koronavirus STATİSTİKASI: Ölüm sayında yeni rekordbackend

Koronavirus STATİSTİKASI: Ölüm sayında yeni rekord

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada 29 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 95 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 64 475 nəfər müalicə olunaraq sağalıb, 1 160 nəfər vəfat edib, aktiv xəstələrin sayı 29 646 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 784, ötən müddət ərzində isə ümumilikdə 1 617 239 test aparılıb.