Koronavirus STATİSTİKASI: Ölüm sayında yeni rekordbackend

Koronavirus STATİSTİKASI: Ölüm sayında yeni rekord

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 170 yeni yoluxma faktı qeydə alınıb, 1 985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada 38 nəfər “COVID-19”dan vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 118 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73 676 nəfər müalicə olunaraq sağalıb, 1 361 nəfər vəfat edib, aktiv xəstə sayı 43 158 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 581, ötən müddət ərzində isə ümumilikdə 17 182 335 test aparılıb.