Koronavirus STATİSTİKASI: Ölüm sayında yeni rekordbackend

Koronavirus STATİSTİKASI: Ölüm sayında yeni rekord

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 735 yeni yoluxma faktı qeydə alınıb, 1 374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada 28 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 89 898 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 62 243 nəfər müalicə olunaraq sağalıb, 1 107 nəfər vəfat edib, aktiv xəstələrin sayı 26 548 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 220, ötən müddət ərzində isə ümumilikdə 1 592 280 test aparılıb.