Koronavirus STATİSTİKASI: Sağalananların sayı yoluxanları üstələdibackend

Koronavirus STATİSTİKASI: Sağalananların sayı yoluxanları üstələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus infeksiyasına 4 124 yeni yoluxma faktı qeydə alınıb, 4 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, bu günə qədər isə ümumilikdə 2 016 003 test icra olunub.