Koronavirus STATİSTİKASI: Sağalananların sayı yoluxmanı iki dəfə üstələdibackend

Koronavirus STATİSTİKASI: Sağalananların sayı yoluxmanı iki dəfə üstələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 783 yeni yoluxma faktı qeydə alınıb, 3 680 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə bildirilib ki, COViD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 467 173 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 423 705 nəfər müalicə olunaraq sağalıb, 6 227 nəfər vəfat edib, aktiv xəstə sayı 37 241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 852, ötən müddət ərzində isə ümumilikdə 4 702 934 test aparılıb.