Koronavirus STATİSTİKASI: Sağalma sayı yoluxmanı 3 dəfə üstələdibackend

Koronavirus STATİSTİKASI: Sağalma sayı yoluxmanı 3 dəfə üstələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 157 yeni yoluxma faktı qeydə alınıb, 3 065 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada nəfər 31 nəfər COViD-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 461 249 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 412 469 nəfər müalicə olunaraq sağalıb, 6 134 nəfər vəfat edib. Aktiv xəstə sayı 42 646 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 123, bu günə qədər isə ümumilikdə 4 661 119 test icra olunub.