Koronavirus STATİSTİKASI: Sağalma yoluxmadan iki dəfə çoxdurbackend

Koronavirus STATİSTİKASI: Sağalma yoluxmadan iki dəfə çoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 510 yeni yoluxma faktı qeydə alınıb, 1 039 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 616 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 598 793 nəfər müalicə olunaraq sağalıb, 8 346 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 213 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 771, bu günə qədər isə ümumilikdə 5 853 336 test icra olunub.