Koronavirus STATİSTİKASI: Uzun fasilədən sonra ölən varbackend

Koronavirus STATİSTİKASI: Uzun fasilədən sonra ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 933 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. Aktiv xəstə sayı 42 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 919, bu günə qədər isə ümumilikdə 6 862 217 test icra olunub.