Koronavirus STATİSTİKASI: Xəstə sayı kəskin azaldıbackend

Koronavirus STATİSTİKASI: Xəstə sayı kəskin azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 72 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 937 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 379 nəfər müalicə olunaraq sağalıb, hazırda 631 nəfər aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 848, bu günə qədər isə ümumilikdə 7 266 943 test icra olunub.