Koronavirus STATİSTİKASI: Xəstə sayı min nəfərə düşdübackend

Koronavirus STATİSTİKASI: Xəstə sayı min nəfərə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 193 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 374 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 024 nəfər aktiv xəstə var. Bu günə qədər 9 913 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 456, bu günə qədər isə ümumilikdə 7 247 567 test icra olunub.