Koronavirus STATİSTİKASI: Yoluxanların sayı azaldıbackend

Koronavirus STATİSTİKASI: Yoluxanların sayı azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1 931 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada 27 nəfər COVİD-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 222 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 203 527 nəfər müalicə olunaraq sağalıb, 2 845 nəfər vəfat edib. Hazırda 16 513 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 915, bu günə qədər isə ümumilikdə 2 241 908 test icra olunub.