Koronavirus STATİSTİKASI: Yoluxanların sayı kəskin azaldıbackend

Koronavirus STATİSTİKASI: Yoluxanların sayı kəskin azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat edib, aktiv xəstə sayı 1 868 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 011, bu günə qədər isə ümumilikdə 1 057 803 test icra olunub.