Koronavirus STATİSTİKASI: Yoluxma sayı artmaqdadırbackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayı artmaqdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COViD-19) infeksiyasına 3 968 yeni yoluxma faktı qeydə alınıb, 1 151 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 384 886 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 343 407 nəfər müalicə olunaraq sağalıb, 5 252 nəfər vəfat edib. Aktiv xəstə sayı 36 227 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 215, bu günə qədər isə ümumilikdə 4 285 883 test icra olunub.