Koronavirus STATİSTİKASI: Yoluxma sayı azaldıbackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayı azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COViD-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, COViD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 588 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 554 749 nəfər müalicə olunaraq sağalıb, 7 856 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 713 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 620, bu günə qədər isə ümumilikdə 5 539 284 test icra olunub.