Koronavirus STATİSTİKASI: Yoluxma sayı azaldıbackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayı azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 213 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 440 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 587 nəfər müalicə olunaraq sağalıb, hazırda 936 nəfər aktiv xəstə var. Bu günə qədər 9 917 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 400, bu günə qədər isə ümumilikdə 7 249 967 test icra olunub.