Koronavirus STATİSTİKASI: Yoluxma sayı azaldıbackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayı azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COViD-19) infeksiyasına 774 yeni yoluxma faktı qeydə alınıb, 1 778 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, COViD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 483 902 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 458 922 nəfər müalicə olunaraq sağalıb, 6 525 nəfər vəfat edib, aktiv xəstə sayı 18 455 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 484, ötən müddət ərzində isə ümumilikdə 4 859 015 test aparılıb.