Koronavirus STATİSTİKASI: Yoluxma sayı azalmaqdadırbackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayı azalmaqdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada 3 nəfər COVİD-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 022 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib. Hazırda 2 905 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 582, bu günə qədər isə ümumilikdə 2 446 300 test icra olunub