Koronavirus STATİSTİKASI: Yoluxma sayı azalmaqdadırbackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayı azalmaqdadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COViD-19) infeksiyasına 1 703 yeni yoluxma faktı qeydə alınıb, 2 180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, COViD-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 593 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 560 999 nəfər müalicə olunaraq sağalıb, 7 929 nəfər vəfat edib, aktiv xəstə sayı 24 660 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 211, ötən müddət ərzində isə ümumilikdə 5 578 401 test aparılıb.