Koronavirus STATİSTİKASI: Yoluxma sayı kəskin artdıbackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayı kəskin artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 2 197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4 203 nəfər vəfat edib, aktiv xəstə sayı 32 170 nəfərə çatıb.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 777, bu günə qədər isə ümumilikdə 3 128 656 test icra olunub.