Koronavirus STATİSTİKASI: Yoluxma sayı kəskin azaldıbackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayı kəskin azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1 136 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 301 661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 265 539 nəfər müalicə olunaraq sağalıb, 4 169 nəfər vəfat edib. Aktiv xəstə sayı 31 953 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 955, bu günə qədər isə ümumilikdə 3 114 879 test icra olunub.