Koronavirus STATİSTİKASI: Yoluxma sayı sağalma sayını üstələdibackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayı sağalma sayını üstələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ötən sutkada koronavirus (COVID-19) infeksiyasına 630 yeni yoluxma faktı qeydə alınıb, 521 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 620 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 058 nəfər müalicə olunaraq sağalıb, 8 437 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 184 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 262, bu günə qədər isə ümumilikdə 5 933 628 test icra olunub.