Koronavirus STATİSTİKASI: Yoluxma sayı stabilləşibbackend

Koronavirus STATİSTİKASI: Yoluxma sayı stabilləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 907 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 134 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 618, bu günə qədər isə ümumilikdə 3 597 849 test icra olunub.